Armaturçu

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Armaturçu

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Layihə Sahəsi – AZFEN Bayıl Sahəsi

Layihə mərhələsi: Tikinti və İstismara Verilmə

Vəzifə öhdəlikləri

  • Armaturlama işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq normalara, prosedurlara və keyfiyyət tələblərinə riayət etməklə icra etmək.
  • İş yerinin təhlükəsiz olmasına diqqət yetirmək, armaturlama işlərinin yerinə yetirilməsini, verilmiş tapşırıqların icrasını, armaturlama ləvazimatlarının istismarını və qorunmasını qüvvədə olan müvafiq prosedur və təhlükəsizlik qaydalarına uyğun təmin etmək.
  • Armaturlanacaq sahələrin və həcmlərin betonlama işlərinin başlanması üçün tam hazır olmasına əmin olmaq.
  • Verilmiş cizgi və eskizlər üzrə armaturların düzgün əyilməsinə, birləşməsinə, bağlanmasına diqqət yetirmək.
  • İş prosesindən əvvəl və sonra iş yerini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən olunmuş yerlərə yerləşdirmək.
  • Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək.
  • Armaturların paslanma, deformasiya və digər qüsurlardan təmizlənməsini təmin etmək.
  • Betonlama zamanı armaturların yerindən tərpənməməsi üçün möhkəmləndirici tədbirlərin görülməsini təmin etmək.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı göstəriş və təlimatların tələblərinə, habelə uyğun prosedurlara əməl etmək.

Tələblər və Təcrübə:

  • Müvafiq sahə üzrə (armaturçu və ya tikinti işləri) minimum 2 il iş təcrübəsi 
  • Texniki çertyoj və eskizləri oxumaq bacarığı 
  • Armaturların kəsilməsi, əyilməsi və quraşdırılması üzrə praktiki biliklər 
  • Tikinti norma və qaydaları, eləcə də keyfiyyət tələbləri barədə anlayış 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmə bacarığı 
  • Fiziki cəhətdən sağlamlıq və sahə şəraitində işləmək imkanı 
  • Komanda ilə işləmə və verilmiş tapşırıqları vaxtında icra etmə bacarığı 
  • Məsuliyyətlilik, dəqiqlik və intizamlılıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily11
  • Weekly710
  • Monthly1094