Əsas vəzifə və öhdəliklər
- Hidravlik qaldırma sistemi ilə həyata keçirilən çən montajı işlərində metal konstruksiya elementlərinin quraşdırılmasını həyata keçirmək;
- Çənlərin yuxarıdan aşağı istiqamətdə montajı zamanı metal lövhələrin (plakaların) layihə və texniki tələblərə uyğun quraşdırılmasını təmin etmək;
- Montaj ediləcək metal lövhələrin düzgün ölçüləndirilməsinə, yerləşdirilməsinə və birləşməsinə diqqət yetirmək;
- Qaynaq işlərinin aparılacağı sahələrin əvvəlcədən hazırlanmasını təmin etmək;
- Qaynaq tikişlərinin hazırlanması üçün metal səthlərin təmizlənməsi, uyğunlaşdırılması və digər zəruri hazırlıq işlərini həyata keçirmək;
- Montaj işlərini təsdiq edilmiş cizgi, texniki sənədlər və iş ardıcıllığına uyğun yerinə yetirmək;
- Hər bir montaj mərhələsinin qısa müddətdə və keyfiyyətlə tamamlanmasını təmin etmək;
- Montaj mərhələsi başa çatdıqdan sonra domkrat sisteminin növbəti qaldırma əməliyyatına hazırlanmasına dəstək olmaq;
- Hidravlik qaldırma sistemi ilə montaj prosesi zamanı təhlükəsizlik məsafələrinə və müəyyən edilmiş iş ardıcıllığına riayət etmək;
- Quraşdırılan elementlərin dayanıqlığına və düzgün yerləşdirilməsinə nəzarət etmək;
- Quraşdırma işləri zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək;
- İş sahəsinin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək;
- Rəhbər və ustanın verdiyi digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Metal konstruksiyaların, çənlərin və iriölçülü metal elementlərin quraşdırılması üzrə iş təcrübəsi;
- Metal lövhələrin quraşdırılması və birləşdirilməsi üzrə praktiki bacarıq;
- Çən montajı və ya domkrat sistemi ilə həyata keçirilən qaldırma və montaj işlərində təcrübə üstünlükdür;
- Qaynaq işlərinə hazırlıq və metal səthlərin hazırlanması üzrə praktiki bilik;
- Texniki cizgilər və montaj sxemlərini oxuma bacarığı;
- Əl alətləri və montaj avadanlıqlarından təhlükəsiz istifadə bacarığı;
- Hündürlükdə və sənaye sahələrində işləmək bacarığı;
- SƏTƏM və əməyin mühafizəsi qaydalarını bilməli və onlara riayət etməli;
- Məsuliyyətli, intizamlı və operativ olmalı;
- Komanda ilə işləmək bacarığı.