Layihə rəhbəri

  • Истекает 3 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ümumi tələblər

  • Mühəndislik, tikinti, neft-qaz, sənaye idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Neft-qaz, tikinti-quraşdırma və ya ağır sənaye sahəsində minimum 5 il iş təcrübəsi
  • Böyük həcmli layihələrin idarə olunması üzrə praktiki təcrübə;
  • Layihə idarəetməsi, istehsalatın təşkili və resursların idarə olunması sahəsində biliklər;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblər üzrə biliklər;
  • Tikinti-quraşdırma işləri, layihə-smeta sənədləri və beynəlxalq standartlar üzrə biliklər;
  • Liderlik, komanda idarəetməsi və qərarvermə bacarıqları;
  • Güclü ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Azərbaycan dili mükəmməl, ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.. 

Vəzifə öhdəlikləri

  • Layihənin bütün struktur bölmələrinin fəaliyyətinə rəhbərlik etmək və onların qarşılıqlı əlaqəli işini təşkil etmək;
  • Layihə üzrə maddi-texniki və əmək resurslarından səmərəli istifadəni təmin etmək;
  • Tikinti-quraşdırma və əsaslı təmir işlərinin keyfiyyətinə, müddətinə və səmərəliliyinə nəzarət etmək;
  • Layihədə əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • İşlərin layihə-smeta sənədlərinə, texniki tələblərə, ISO standartlarına və digər normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
  • Layihənin istehsalat proqramının və müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Sifarişçi təşkilatlarla və digər maraqlı tərəflərlə işgüzar əlaqələri idarə etmək;
  • İstehsalat fəaliyyətinin nəticələrini təhlil etmək, mütəmadi müşavirələr keçirmək və rəhbərliyə hesabat vermək;
  • Layihə üzrə əmək və icra intizamının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
  • Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması və davamlı təkmilləşdirilməsi üzrə işlərə rəhbərlik etmək;
  • Tikinti obyektlərinin normativ tələblərə uyğun təhlükəsizlik vasitələri ilə təmin olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi üzrə komissiyanın fəaliyyətinə rəhbərlik etmək və təhlükəsizlik göstəricilərinin yaxşılaşdırılmasını təmin etmək;
  • Əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planlarının hazırlanmasını və icrasını təşkil etmək;
  • Layihənin məqsəd və hədəflərinə nail olunması üçün rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily109
  • Weekly567
  • Monthly567