Tələblər:
- Mühəndislik, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil.
- Minimum 5 il mühəndislik və ya texniki rəhbərlik sahəsində iş təcrübəsi
- Komandaya rəhbərlik etmə bacarığı;
- Güclü təşkilati və inzibati bacarıqlar.
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Təhlükəsizlik standartlarını və sənaye tələblərini yaxşı bilmək
- Neft-qaz, tikinti və quraşdırma və ya ağır sənaye sahələrində idarəetmə vəzifələrində iş təcrübəsi
Vəzifə öhdəlikləri:
- Layihənin təşkilati strukturuna daxil olan struktur bölmələrə rəhbərlik etmək,istehsalat vahidləri, sex və digər struktur bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətlərini təşkil etmək,onların fəaliyyətini istiqamətləndirmək.
- Bütünlükdə material-texniki və əmək ehtiyatlarının səmərəli istifadəsini, yerinə yetirilən tikinti-quraşdırma və əsaslı təmir işlərinin keyfiyyətcə yaxşılaşdırılmasını, istehsalatın mexanikləşdirilməsi üzrə işləri təşkil etmək.
- Layihədə texnoloji intizama,əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət edilməsi işlərini təşkil etmək.
- Layihə üzrə tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə, İSO standartlarına, texniki şəraitə, əmək prosesləri normalarına və digər normativ sənədlərə uyğun yerinə yetirilməsini təşkil etmək.
- Bütünlükdə Layihə üzrə əmək və icra intizamı səviyyəsinin möhkəmləndirilmə-
- si istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək.
- Layihənin istehsalat-təsərrüfat fəaliyyəti ilə bağlı Azfen MMC-nin müəyyən etdiyi iş proqramının,o cümlədən podrat müqavilələr üzrə nəzərdə tutulmuş iş həcmlərinin vaxtında icra olunmasını təmin etmək.
- İşlərin gedişi,yerinə yetirilmiş işlərin həcmi,işlərin planlaşdırılması və s.məsələlərin həlli ilə baglı sifarişçi təşkilatlarla əlaqə saxlamaq.
- Texniki-təşkilati tədbirlərin, istehsalat tapşırıqlarının, cari və perspektiv planların müzakirəsi ilə bağlı müşavirələr keçirmək, işlərin gedişi barədə rəhbərliyi məlumatlandırmaq.
- Rəhbərliyin digər göstəriş və tapşırıqlarını sözsüz və vicdanla yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.