AZFEN MMC Bayıl sahəsindəki layihə üçün sahə nəzarətçilərini müsahibəyə dəvət edir.
Vəzifə Öhdəlikləri:
- Tikinti və istismara verilmə işləri zamanı işə İcazə, işlərin nəzarəti, proses təhlükəsizliyi, enerji izolyasiyasi və SIMOPS nəzarətlərini idarə, koordinasiya və təmin edir;
- İşlərin təhlükəsiz icrasını, yüksək riskli fəaliyyətlərin effektiv idarə olunmasını və AZFEN, müştəri və qanunvericiliyin SƏTƏM tələblərinə tam uyğunluğunu təmin edir.
İşə İcazə (PTW) və İşlərin Nəzarəti (CoW)
- AZFEN-in PTW və CoW sistemlərinin ümumi idarə olunması və sahədə bütün fəaliyyətlər üzrə ardıcıl və intizamlı tətbiqinin təmin edilməsi.
- Bütün növ iş icazələrinin təsdiqlənməsi və nəzarəti, təhlükələrin, interfeyslərin və risklərin düzgün müəyyən edilməsi və idarə olunmasının təmin edilməsi.
- Gündəlik İcazə Koordinasiya / Planlaşdırma Toplantılarına rəhbərlik edərək yeni icazələrin, davam edən işlərin, kritik fəaliyyətlərin və tikinti–istismara verilmə interfeyslərinin nəzərdən keçirilməsi.
- Qarşılıqlı təsir göstərən və ya ziddiyyət yaradan fəaliyyətlərin uyğun şəkildə koordinasiyası, ardıcıllığının müəyyən edilməsi, dayandırılması və ya təhlükəsiz hala gətirilməsi.
Proses Təhlükəsizliyinin İdarə Edilməsi
- Tikinti, istismara hazırlıq və istismara verilmə mərhələlərində proses təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasının təmin edilməsi.
- Sızma, təzyiq artımı, toksik buraxılışlar və alovlanma mənbələri ilə bağlı baryerlərin və qoruyucu tədbirlərin effektivliyinin yoxlanılması.
- PTW fəaliyyətlərinin istismara verilmə planları və sistemlərin hazırlıq statusu ilə uyğunluğunun təmin edilməsi.
- Təzyiq sınaqları, sistemlərin işə salınması, enerji verilməsi və canlı sistemlərdə işlər kimi təhlükəsizlik baxımından kritik fəaliyyətlərin icrasına dəstək verilməsi.
- İcazə yoxlamaları, sahə ilə qarşılıqlı əlaqə və təminat fəaliyyətləri vasitəsilə proses təhlükəsizliyi mədəniyyətinin təşviqi.
Enerji İzolyasiyası və LOTO
- Elektrik, mexaniki, hidravlik, pnevmatik və yığılmış enerji daxil olmaqla bütün təhlükəli enerji mənbələri üçün etibarlı izolyasiya və LOTO nəzarətlərinin tətbiqinin təmin edilməsi.
- Xüsusilə istismara verilmə və sistemlərin təhvil-təslimi zamanı izolyasiya planlarının, sertifikatların və sərhəd idarəçiliyinin düzgünlüyünün yoxlanılması.
- İzolyasiyaların aydın şəkildə işarələnməsi, tətbiqi, yoxlanılması, qeydiyyatı və prosedurlara uyğun bərpasının təmin edilməsi.
- Elektrik izolyasiyaları və enerji verilməsi fəaliyyətləri üzrə Məsul Elektrik Şəxsi (REP) / Baş Səlahiyyətli Elektrik Şəxsi (SAEP) ilə koordinasiya.
SIMOPS və İnterfeyslərin İdarə Edilməsi
- Tikinti, istismara verilmə, əməliyyatlar və podratçı fəaliyyətləri arasında eyni vaxtda icra olunan işlər (SIMOPS) üzrə risklərin müəyyən edilməsi və idarə olunması.
- SIMOPS fəaliyyətlərinin risk qiymətləndirmələri, körpü sənədləri və aydın iş ardıcıllığı ilə dəstəklənməsinin təmin edilməsi.
- Müxtəlif iş sahələri arasında təhlükəsiz interfeyslərin qorunması üçün mərkəzi koordinasiya funksiyasının icrası.
- Yüksək riskli və ziddiyyətli SIMOPS hallarının zərurət olduqda layihənin rəhbərliyinə eskalasiyası.
Səriştə, Təminat və Davamlı Təkmilləşmə
- PTW ilə bağlı rolların təsdiqlənməsi və AZFEN və müştəri tələblərinə uyğun səriştə reyestrinin aparılması.
- PTW, Proses Təhlükəsizliyi, İzolyasiya və SIMOPS nəzarətlərinin mütəmadi monitorinq, yoxlama və auditlərə cəlb edilməsi.
- Audit nəticələrinin, uyğunsuzluqların və tendensiyaların təhlili, düzəldici tədbirlərin vaxtında icrası.
- Öyrənilmiş dərslərin, audit nəticələrinin və prosedurdan kənar halların, o cümlədən AZFEN Yerli Qaydalarının paylaşılması.
Tələblər:
- NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq SƏTƏM ixtisası (Diplom üstünlükdür).
- Tikinti və istismara verilmə mühitlərində (neft-qaz / enerji layihələri) minimum 8–10 il SƏTƏM Sahə Nəzarətçisi təcrübəsi.
- Beynəlxalq SƏTƏM və proses təhlükəsizliyi standartları, eləcə də müştəri tələbləri üzrə güclü biliklər.
- Yüksək riskli əməliyyat mühitlərində liderlik, koordinasiya və qərarvermə bacarığı.
Aşağıdakı sahələrdə sübut olunmuş təcrübə:
- İşə İcazə (PTW) və İşlərin Nəzarəti (CoW) sistemləri
- Proses təhlükəsizliyi
- Enerji izolyasiyası və LOTO
- SIMOPS planlaşdırılması və koordinasiyası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Sahə nəzarətçisi" yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.