Vəzifə öhdəlikləri:
- Tikinti prosesinə texniki nəzarət etmək, işlərin layihə və normativ sənədlərə uyğun icrasını təmin etmək;
- P&ID (Piping and Instrumentation Diagram), plan, kəsik və detallar da daxil olmaqla cizgiləri (çertyojları) oxumaq və təhlil etmək;
- Metal-konstruksiya cizgilerini analiz etmek ve Həcmlərin hesablanmasını təhlil etmek.
- İş həcmlərini hesablamaq, material sərfiyyatını və texnoloji ardıcıllığı müəyyənləşdirmək;
- Tikinti briqadalarının işini koordinasiya etmək və icra qrafikinə nəzarət etmək;
- Texniki sənədlərin və hesabatların hazırlanmasında iştirak etmək;
- Tikinti materiallarının keyfiyyətinə və düzgün istifadəsinə nəzarət etmək;
- Gərəkli hesabatların hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
Tələblər:
- Ali texniki təhsil (Tikinti mühəndisliyi və ya müvafiq ixtisas üzrə);
- Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
- Layihə sənədlərini və P&ID cizgilərini oxuma bacarığı;
- İş həcmlərinin hesablanması və smeta sənədləri ilə işləmək təcrübəsi;
- MS Office, AutoCAD və digər mühəndis proqramlarında işləmə bacarığı;
- Yüksək məsuliyyət, analitik düşüncə və komandada işləmək qabiliyyəti.
Üstünlük veriləcək namizədlər:
- Neft-qaz sahəsində, həm dənizdə, həm də quruda yerləşən neft platformalarının və sənaye tikintisi obyektlərinin inşasında iş təcrübəsinə malik olanlara;
- İngilis və Rus dillərini rəsmi ünsiyyət və yazışma səviyyəsində bilən namizədlərə üstünlük veriləcək.
Əlaqə:
- Ad,Soyad: Sadiq Rzayev e-mail: [email protected]
- Ad,Soyad:: Ülkər Mahmudova e-mail: [email protected]