Tikinti şirkətinin rəhbərinə şəxsi assistent tələb olunur.
Vəzifə öhdəlikləri:
- Şirkətə gələn qonaqların qarşılanması və uyğun şəkildə yönləndirilməsi;
- Sənəd dövriyyəsinin (daxili və xarici) idarə olunması;
- İclasların təşkil edilməsi;
- Rəhbərlik tərəfindən daxil olan tapşırıqların icrası; Iş qrafikinə uyğun iş planının hazırlanması
- Səfərlərin təşkil edilməsi,biletlərin alınması, görüşlərin təşkil edilməsi
- Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və və lazımi yerlərə göndərmək
Tələblər:
- Xanım namizəd
- Ali təhsil;
- Yaş həddi;30-40
- Müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- Məsuliyyət götürmək və işləri sonuna qədər yerinə yetirmək bacarığı
- İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
- Stresə davamlılıq, yüksək özünü təşkil etmə qabiliyyəti
- Ünsiyyətcil olmaq, işgüzar ünsiyyət qaydalarına yiyələnmək
- İnisitivli, çevik və qərarvermə bacarığı olan
- Dürüstlük, məxfilik və sədaqət – mütləq tələb olunur
- Rus dilində mükəmməl danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır
- Kompüter bilikləri Microsoft Office ( Word/Excel/PowerPoint )
İş şəraiti:
- İş yeri: Ağ şəhər ofis
- İş qrafiki: 6 gün; Bazar ertəsi – Şənbə, saat 09:00 – 18:00
- Əmək haqqı: Razılaşma yolu ilə
Müraciət forması:
• Uyğun namizədlərdən cv-lərini mövzu yerinə Direktor assistenti yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.