Məsuliyyətlər:
- eQaimə, Hesab Faktura, QRP, Təhvil-Təslim Aktı kimi sənədlər daxil olmaqla sənədlərin tərtibi, detalların (tələb olunan zaman) sifarişçi ilə dəqiqləşdirilməsi,
- Daxil olan ödəmələrin düzgünlüyünün yoxlanılması,
- Müştəri hesablarına nəzarət və ödəniş sənədlərinin müştərilərə vaxtında verilməsi,
- Müştəri tərəfindən bank hesabına daxil olan vəsaitlərin hesabatı,
- ERP sisteminə məlumatların daxil edilməsi,
- Bank çıxarışlarının tədqiqi və onların ERP qeydləri ilə tutuşdurulması,
- İşinə aid məlumatlara dair hesabatların rəhbərliyə təqdim olunması,
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur,
- Mühasibat uçotu/Maliyyə üzrə bakalavr dərəcəsi üstünlükdür.
İş şəraiti:
- Əmək haqqı 600-1000 AZN (Maaş namizədin təcrübəsi və texniki imkanlarına uyğun təyin olunur),
- Sınaq müddəti ödənilir (3 ay),
- İş vaxtı 5 gün, 09.00 – 18.00, bütün şərtlər tam olaraq rəsmi,
- İş yeri: Lermontov 3, Nazirlər kabinetinin yaxınlığında – location: https://maps.app.goo.gl/jZULAmef4wPg3siv9
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.