İş şəraiti
- İş yeri: AZİN Academy MMC (Azin Technology)
- İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441D
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Razılaşma yolu ilə
Tələblər:
- Yaş həddi: 23 – 40 yaş
- Adobe Photoshop, Illustrator və InDesign proqramlarını yüksək səviyyədə bilmək
- Qrafik dizayn, çap məhsulları və vizual kommunikasiya üzrə nəzəri və praktiki biliklər
- Çap məhsulları (vizitkart, banner, kataloq və s.) üzrə praktik bilik
- Tədris bacarığı və tələbələrlə effektiv ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli, intizamlı, punktual və peşəkar davranışa sahib olmaq
- Müəllimlik təcrübəsi vacibdir
Vəzifələr:
- Tələbələrə proqramların sıfırdan peşəkar səviyyəyə qədər öyrədilməsi
- Dizayn layihələrinin hazırlanması, izahı və tətbiqi
- Tədris proqramına uyğun dərs planlarının hazırlanması və həyata keçirilməsi
- Tələbələrin bilik və bacarıqlarının sistemli şəkildə qiymətləndirilməsi
CV-lərinizi “Mövzu” hissəsində “Qrafik dizayn dərsləri üzrə müəllim” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: