Vəzifə öhdəlikləri:
- Təchizat prosesinin tam idarə edilməsi (sifarişlərin qəbulu, təhlili və icrası)
- Tələb olunan məhsul və materialların bazar araşdırmasının aparılması
- Qiymət müqayisəsi edərək ən uyğun təchizatçı ilə əməkdaşlığın qurulması
- Müqavilələrin hazırlanması və şərtlərin razılaşdırılması
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək
- Anbarla, mühasibatlıqla və digər struktur bölmələri ilə koordinasiyalı iş
- Təchizatçılarla davamlı əlaqələrin saxlanılması və yeni tərəfdaşların tapılması
- Rəhbərliyə təhlilli hesabatların hazırlanması (qiymət dinamiki, qənaət göstəriciləri və s.)
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment və ya əlaqəli sahələr üstünlükdür)
- Minimum 3-5 il müvafiq sahədə iş təcrübəsi mütləqdir
- Bazar araşdırması və müqavilə şərtləri üzrə biliklər
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Güclü ünsiyyət, danışıqlar aparmaq və analiz etmə bacarıqları
- Məsuliyyətli, dəqiq və operativ iş prinsipi
İş şəraiti:
- İş qrafiki: 5 gün, 09:00–18:00
- Əmək haqqı: 800-1000 AZN
- Karyera inkişafı və peşəkar mühit
Müraciət qaydası:
CV-nizi “Təchizatçı” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərə bilərsiniz.