İş şəraiti:
- İş yeri ünvanı: Binəqədi rayonu, Pasyolka Kirov
- Yaş həddi: 25 – 45 yaş
- Əmək haqqı: Razılaşma ilə
Vəzifə öhdəlikləri:
- Turniket sistemlərinin (tripod, swing gate, full height və s.) quraşdırılması
- Avadanlıqların test edilməsi, sazlanması və işə salınması
- Keçid nəzarət cihazlarının (kart oxuyucu, barmaq izi, üz tanıma) turniketə inteqrasiyası
- Müştəriyə sistemi izah etmək və istifadə qaydasını təqdim etmək
- Texniki nasazlıqların aradan qaldırılması və servis xidməti
- Lazım olduqda obyektə yerində baxış və ölçü götürmə
Tələblər:
- Turniket, kamera, access control və ya digər təhlükəsizlik sistemləri üzrə təcrübə üstünlükdür
- Elektrik və zəif cərəyan (low-voltage) xətləri haqqında ilkin texniki biliklər
- Alətlərdən təhlükəsiz və səriştəli istifadə bacarığı
- Texniki sənədləri və sxemləri oxuma bacarığı
- Komanda ilə işləmək və müştəri ilə normal ünsiyyət qurmaq bacarığı
- Səlis və məsuliyyətli iş yanaşması
- Obyektlərə ezamiyyəyə getmək imkanı
Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində” Turniket Quraşdırma üzrə Texnik / Usta” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.