İş şəraiti
- İş yeri: AZİN Academy MMC (Azin Technology)
- İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441D
- İş qrafiki: Razılaşma yolu ilə
- Əmək haqqı: Razılaşma yolu ilə
Vəzifələr:
- Tələbələrə web proqramlaşdırmanın əsaslarını və müasir texnologiyaları öyrətmək
- Dərsləri nəzəri və praktiki şəkildə, layihələr üzərində izah etmək
- Kurs proqramına uyğun dərs planını hazırlamaq və həyata keçirmək
- Tələbələrin tapşırıqlarını və layihələrini yoxlamaq, onlara istiqamət vermək
- Tələbələrin inkişafını izləmək və lazım olduqda əlavə izahlar vermək
- Kurs müddətində real layihələrin hazırlanmasına rəhbərlik etmək
Namizəd aşağıdakı texnologiyalar üzrə yaxşı bilik və təcrübəyə malik olmalıdır:
- Yaş həddi: 25 – 35 yaş
- HTML və CSS ilə web səhifələrin hazırlanması
- JavaScript və əsas Frontend prinsipləri
- C# və .NET platforması
- ASP.NET Core ilə web tətbiqlərin hazırlanması
- REST API prinsipləri
- SQL Server və verilənlər bazası ilə işləmək
- Entity Framework Core istifadə etmək bacarığı
- Git və layihə strukturu haqqında ümumi anlayış
Üstünlük hesab olunur:
- Tədris və ya mentorluq təcrübəsi
- Real web layihələrdə iş təcrübəsi
- Müasir proqramlaşdırma standartlarını və yaxşı kod yazma prinsiplərini bilmə
- Tələbələrlə ünsiyyət qurmaq və mövzuları aydın şəkildə izah etmək bacarığı
CV-lərinizi “Mövzu” hissəsində “Web Proqramlaşdırma üzrə müəllim” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: