iOS Developer (Middle/Senior)

  • Истекает 30 сентябрь 2026

 

Vəzifə öhdəlikləri:   

  • iOS tətbiqlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi;
  • Daxili və xarici istifadə üçün iOS SDK və framework-lərinin hazırlanması;
  • SDK-lar üçün sadə, stabil, istifadəsi rahat və yaxşı sənədləşdirilmiş public API-lərin dizayn edilməsi;
  • Tətbiqlərdə və SDK-larda məlumat təhlükəsizliyinin və şifrələmənin təmin edilməsi;
  • Biznes analitika (BA), dizayn, backend, DevOps, informasiya təhlükəsizliyi (InfoSec) və QA komandaları ilə əməkdaşlıq edərək yeni funksionallıqların hazırlanması;
  • Mövcud kodun keyfiyyətinin, performansının və stabilliyinin artırılması;
  • Code Review proseslərində və texniki qərarların qəbulunda iştirak.

 

Tələb olunan bilik və bacarıqlar:

  • iOS development sahəsində 1–4 il kommersiya təcrübəsi;
  • Swift proqramlaşdırma dilini yaxşı bilmək;
  • Həm UIKit, həm də SwiftUI ilə praktiki işləmə təcrübəsi;
  • Müasir concurrency yanaşmaları üzrə bilik: async/await, Task, Actor, Structured Concurrency;
  • Klassik multithreading yanaşmaları üzrə bilik: GCD, OperationQueue, Thread və lock mexanizmləri;
  • Race condition və deadlock kimi çoxaxınlı proqramlaşdırma problemlərini anlamaq və həll edə bilmək;
  • SDK və ya təkrar istifadə olunan (reusable) framework-lərin hazırlanması üzrə təcrübə;
  • Mobil tətbiq təhlükəsizliyinin əsaslarını bilmək, o cümlədən Keychain, həssas məlumatların təhlükəsiz saxlanılması və SSL Pinning;
  • Şifrələmə və hash alqoritmləri üzrə biliklər: AES, RSA, SHA və CryptoKit və ya CommonCrypto ilə işləmə təcrübəsi;
  • MVVM, Clean Architecture kimi arxitektura yanaşmaları üzrə bilik;
  • RESTful API və JSON ilə işləmə bacarığı;
  • Yaddaşın idarə olunması (ARC, retain cycle) prinsiplərini anlamaq;
  • Unit testlərin yazılması üzrə təcrübə (XCTest və ya Swift Testing);
  • Git ilə işləmə bacarığı;
  • SOLID prinsiplərini bilmək və oxunaqlı, təmiz kod yazmaq bacarığı.

 

Üstünlük hesab olunur

  • XCFramework hazırlanması və SDK-ların Swift Package Manager vasitəsilə yayımlanması üzrə təcrübə;
  • SDK-larda versiyalama və geriyə uyğunluğun (backward compatibility) təmin edilməsi üzrə təcrübə;
  • OWASP Mobile Top 10 və tətbiqlərin reverse engineering-dən qorunması üsulları üzrə bilik;
  • Jailbreak aşkarlanması və kod obfuskasiyası ilə iş təcrübəsi;
  • Combine ilə işləmə təcrübəsi;
  • UI testlərin yazılması (XCUITest) üzrə təcrübə;
  • CI/CD alətləri (Fastlane, GitHub Actions və s.) ilə iş təcrübəsi;
  • Instruments vasitəsilə performans analizinin aparılması üzrə təcrübə;
  • Texniki sənədləri oxumaq üçün ingilis dili biliyi.

 

Maraqlanan namizədlər qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. AzInTelecom MMC - iOS Developer (Middle/Senior)

AzInTelecom MMC - iOS Developer (Middle/Senior)

  • Daily13
  • Weekly620
  • Monthly1096