Təsvir
- Mövcud infrastruktur və platforma üzrə texniki sorğuların icrası, dayanıqlılığın və performansın təmin olunması;
- Linux əsaslı mühitlərdə yaranan problemlərin operativ diaqnostikası və həlli;
- İnfrastrukturun kodla təsviri, dəyişikliklərin təkrarlanan və izlənilən şəkildə tətbiqi;
- CI/CD və GitOps proseslərinin qurulması, inkişafı və komandalar üçün dəstəyi;
- Monitorinq, alerting və observability vasitələrinin idarə olunması və təkmilləşdirilməsi;
- Təhlükəsizlik, ehtiyat nüsxələmə və bərpa tələblərinə uyğun əməliyyatların dəstəklənməsi;
- Platforma və infrastruktur proseslərinin avtomatlaşdırılması və sənədləşdirilməsi;
Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə ali təhsil üstünlükdür);
- Linux əməliyyat sistemləri üzrə güclü praktiki təcrübə;
- İnfrastrukturun kodla idarə olunması və avtomatlaşdırma (Terraform, Ansible);
- Konteyner texnologiyaları və konteyner orkestrasiyası (Kubernetes);
- CI/CD sxemlərin qurulması və idarə olunması (GitLab CI);
- GitOps yanaşması ilə tətbiqlərin və platforma komponentlərinin idarə olunması (Argo CD);
- Monitorinq, mərkəzləşdirilmiş log və tracing sistemləri üzrə təcrübə (Prometheus, Grafana, Sentry, Loki);
- Şəbəkə əsasları (TCP/IP, DNS, load balancing, firewall) üzrə baza bilikləri;
- Virtualizasiya mühitləri ilə iş təcrübəsi (VMware vCloud);
- Skript və ya proqramlaşdırma dili üzrə təcrübə (Python, Go və ya Bash);
- Secret və konfiqurasiyaların təhlükəsiz idarə olunması barədə təcrübə (Hashicorp Vault);
- Azərbaycan dili — sərbəst; İngilis dili — intermediate səviyyədə;
- Analitik düşüncə, problem həlli, komanda ilə iş və məsuliyyətlilik.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.