Departament: Maliyyə/Büdcə və hesabatlılıq şöbəsi
Vəzifə üzrə tələblər:
Büdcənin Planlaması və Proqnozlaşdırılması
- Struktur rəhbərləri ilə əməkdaşlıq edərək illik büdcə layihəsini hazırlamaq və idarə etmək;
- Maliyyə nəticələrini proqnozlaşdırmaq və büdcə ilə fakt arasındakı fərqlər, trendlər və potensial risklər barədə mütəmadi yeniləmələr təqdim etmək.
Maliyyə Təhlili və Xərclərin İdarə Edilməsi
- Müxtəlif istiqamətlər üzrə xərcləri təhlil edərək optimallaşdırma imkanlarını müəyyənləşdirmək;
- Büdcə istifadəsini izləmək və maliyyə hədəflərinə riayət olunmasını təmin edərək hesabatlar hazırlamaq.
Hesabatlılıq və Maraqlı Tərəflərlə Ünsiyyət
- Rəhbərliyə və müxtəlif funksional komandalara təqdim etmək üçün hərtərəfli maliyyə hesabatları, dashboard və təqdimatlar hazırlamaq;
- Büdcə planlarını, yeniləmələri və tövsiyələri həm texniki, həm də qeyri-texniki komandalara aydın şəkildə təqdim etmək.
Prosesin Təkmilləşdirilməsi və Uyğunluq
- Təşkilati məqsədlərə uyğun büdcə siyasəti, prosedurları və ən yaxşı təcrübələri işləyib hazırlamaq və təkmilləşdirmək;
- Daxili nəzarət mexanizmləri, maliyyə qaydaları və xarici audit tələblərinə uyğunluğu təmin etmək.
Çoxfunksiyalı Əməkdaşlıq
- Büdcə məlumatlarını layihə planlamasına və strateji təşəbbüslərə inteqrasiya etmək üçün layihə menecerləri, məhsul komandaları və maliyyə üzrə əməkdaşlarla əməkdaşlıq etmək.
- Yeni texnologiyaların tətbiqini və ya xidmət genişləndirmələrini dəstəkləmək üçün əlavə maliyyə təhlili və məsləhətlər vermək.
Tələb olunun biliklər:
Təhsil
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
Peşəkar Təcrübə
- Büdcələşdirmə, maliyyə planlaşdırılması və ya xərclərin təhlili sahəsində minimum 3 illik təcrübə.
Texniki Bacarıqlar
- Yüksək səviyyədə Excel və maliyyə modelləşdirmə bacarıqları.
- Maliyyə proqramları və ERP sistemləri ilə tanışlıq.
- Bulud texnologiyaları xərclərini ilkin səviyyədə anlama.
Analitik və Problemlərin Həlli Bacarıqları
- Mürəkkəb maliyyə məlumatlarını şərh edərək praktik və icra edilə bilən nəticələr əldə etmək bacarığı.
- Detallara yüksək diqqət və sistemli yanaşma.
Ünsiyyət və Əməkdaşlıq
- Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları (Rus dili arzuolunandır).
- Fərqli funksional komandalarda çalışmaq və maliyyə konseptlərini qeyri-maliyyə işçilərinə izah etmək bacarığı.
Sertifikasiya
- ACCA sertifikatları (Financial Accounting (FA) və Financial Reporting (FR)).
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, e-mail ünvanına göndərə bilərlər.