Departament: İnformasiya təhlükəsizliyi/ Kibermüdafiə şöbəsi/ Kibertəhlükəsizlik sistemlərinin inzibatçılığı bölməsi
Vəzifə öhdəlikləri:
- Kompüter sistemləri və şəbəkələri qorumaq üçün təhlükəsizlik tədbirlərinin hazırlanması və tətbiqi
- Sistemlərin təhlükəsizlik pozuntuları üçün monitorinqi və hadisələrin araşdırılması
- Təhlükəsiz şəbəkə arxitekturalarının dizaynında iştirak
- Təhlükəsizlik siyasətlərinə uyğunluğun təmin edilməsi üçün IT komandaları ilə sıx əməkdaşlıq
- Təhlükəsizlik siyasət və prosedurlarının hazırlanmasında iştirak
- Təhlükəsizlik insidentlərinə cavab verilməsi və risklərin azaldılması
- Yeni kibertəhlükəsizlik təhdidləri və texnologiyalarının davamlı izlənilməsi
Tələb olunan bilik və bacarıqlar:
- İnformasiya texnologiyaları sahəsində minimum 1+ il iş təcrübəsi
- Firewall, şifrələmə və IDS/IPS kimi təhlükəsizlik alətləri üzrə baza biliklər
- DLP, PAM, WAF və DNS təhlükəsizliyi üzrə biliklər
- Şəbəkə protokolları üzrə anlayış
- Docker haqqında anlayış
- Linux və Windows sistemləri ilə iş təcrübəsi
- Elastic Stack ilə işləmə təcrübəsi
- Təhlükəsizlik insidentlərinə ilkin reaksiya və araşdırma bacarığı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- Təhsil - Ali
- Dil bilikləri - Azərbaycan dili - səlis; İngilis dili - yaxşı.
Üstünlük sayılacaq
- Kibertəhlükəsizlik sahəsində sertifikatlar (Security+, CEH və s.)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.