Məhsul sahibi

  • Deadline 29 Noyabr 2025

Departament: Kommersiya/Məhsul və xidmətlər şöbəsi/İdentifikasiya həlləri bölməsi

Vəzifə öhdəlikləri:

  • Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizini həyata keçirmək;
  • Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər siyahısı formalaşdırmaq, backlogu formalaşdırmaq və müntəzəm olaraq yeniləmək;
  • Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarını hazırlamaq;
  • Scrum metodologiyasını tətbiq etmək;
  • Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya vermək;
  • Məhsulun inkişaf yol xəritəsini (roadmap) hazırlamaq;
  • Məhsul üzrə uzunmüddətli vizyon formalaşdırmaq;
  • Release və sprint planlamanı etmək;
  • Qiymət strategiyasını müəyyən etmək;
  • Vendorlarla əməkdaşlıq etmək;
  • Məhsul üzərində müntəzəm olaraq testlər aparmaq, seçilmiş hədəf auditoriyalar üzərində testlər aparmaq və test nəticələrini dəyərləndirmək.

Tələb olunan biliklər:

  • Ali təhsil (Biznes, Marketinq, Kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili - səlis, ingilis – əla; rus dili – arzuolunan;
  • MS Office, Figma, Draw.io proqramları üzrə biliklər;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı;
  • Analitika bacarığı;
  • Q&A bacarığı;
  • Güclü kommunikasiya və vaxtın idarəedilməsi bacarıqları.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily7
  • Weekly502
  • Monthly17