Departament: Kommersiya/ Məhsul və xidmətlər şöbəsi/ Biznes həlləri bölməsi
Vəzifə öhdəlikləri:
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
- Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
- Bazar tələbatı üzrə prioritetlərin müəyyən edilməsi;
- Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
- Biznes proseslərin təhlil edilməsi və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir edilməsi;
- Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
- Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
- Scrum metodologiyasının tətbiq edilməsi;
- Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya verilməsi;
- Məhsulun roadmap-in hazırlanması;
- Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
- Release və sprint planlamasının edilməsi;
- Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
- Qiymət strategiyasının müəyyən edilməsi;
- Müştəri məmnuniyyət səviyyəsinin artırılması üçün lazımı tədbirlərin görülməsi;
- Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
- Vendorlarla işləmək;
- Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
- Məhsul üzərində müntəzəm olaraq testlərin aparılması, seçilmiş hədəf auditoriyalar üzərində testlərin aparılması və test nəticələrinin dəyərləndirilməsi;
- Tərəfdaşlıq və digər müqavilələrin hazırlanmasında inputların təqdim edilməsi;
- Marketinq şöbəsi tərəfindən hazırlanmış SMM post, press release, video çarx məzmunu və digər materiallar üzrə inputların təqdim edilməsi;
- Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Biznes, marketinq, kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, Figma, Draw.io proqramları ilə işləmə bacarığı;
- PSPO I sertifikatı (üstünlük);
- Azərbaycan dili səlis, ingilis dili sərbəst, rus dili arzuolunan;
- Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
- Analitika bacarığı;
- Q&A bacarığı;
- Effektiv vaxt idarə etmə bacarığı;
- Kommunikasiya bacarığı;
- Komanda ilə işləmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.