Middle iOS Developer

  • Истекает 6 ноябрь 2025

Departament: Rəqəmsal Həllər/ Proqramlaşdırma şöbəsi/ Mobil həllər bölməsi

Vəzifə öhdəlikləri:

  • Swift istifadə edərək iOS tətbiqləri və SDK-ların hazırlanması, test edilməsi və optimallaşdırılması;
  • Apple iOS ekosistemində ən son standart və texnologiyalara uyğun inkişaf işlərinin aparılması;
  • Mövcud tətbiq və SDK-larda yaranan problemlərin aradan qaldırılması (bugfix) və performansın yaxşılaşdırılması;
  • Git versiya nəzarət sistemi üzərindən branch-lərin idarə olunması, kodun paylaşılması, merge request-lərin açılması və iştirak edilməsi;
  • Kod keyfiyyətinin təmin olunması məqsədilə kod review-lərdə iştirak edilməsi və komanda daxilində standartlara riayət edilməsi;
  • Unit test, integration test və digər test metodlarını tətbiq etməklə məhsulun etibarlılığının təmin edilməsi; 
  • Backend və digər komanda üzvləri ilə sıx əməkdaşlıq edərək API inteqrasiyalarının həyata keçirilməsi;
  • Continuous Integration/Continuous Deployment (CI/CD) proseslərində iştirak edilməsi və build-lərin düzgün işləməsinin təmin edilməsi;
  • App Store, TestFlight mühitlərinə yayımlama prosesinə dəstək verilməsi və tətbiqin Apple qaydalarına uyğunluğunun təmin edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • 1-2 il peşəkar iOS Development təcrübəsi;
  • Swift – Swift dilində güclü bilik; 
  • iOS Frameworks – UIKit, SwiftUI, Core Data, AVFoundation və s.; 
  • Architecture Patterns – MVC, MVVM; 
  • Networking – REST API, JSON, URLSession, AlamoFire;
  • Data Storage – Core Data, UserDefaults, KeyChain; 
  • Concurrency – GCD, Operation Queues, async/await, Combine; 
  • Testing – Unit və UI Test (XCTest, XCUITest);
  • Tools – Version Control, GitHub/GitLab, Xcode, CocoaPods/SPM, CI/CD sistemləri ilə işləmə bacarıqrları.
  • Güclü problem həlletmə və debug bacarıqları;
  • Kodun və texniki qərarların sənədləşdirilməsi bacarığı;
  • Öyrənməyə və inkişaf etməyə açıq olmaq;
  • Əməkdaşlıq və aydın ünsiyyət bacarıqları;
  • Komanda daxilində texniki bilik və təcrübəni paylaşmaq, sənədləşməni aparmaq və layihələrin davamlı inkişafına töhfə vermək (yeni funksionallıqların tətbiqi).
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta.

Üstünlük veriləcək bacarıqlar:

  • SwiftUI ilə production təcrübəsi; 
  • Combine və ya Reactive Programming biliyi; 
  • Üçüncü tərəf SDK-ları ilə işləmə bacarığı (Firebase, Firebase Analytics, Push Notifications); 
  • CI/CD Tools – Fastlane, GitHub Actions, Bitrise; 
  • App Store Connect və release prosesləri ilə tanışlıq; 
  • Code Review və Agile/Scrum komandalarında işləmə təcrübəsi. 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily70
  • Weekly178
  • Monthly542