Departament: İnformasiya Texnologiyaları/Müştəriyə texniki dəstək şöbəsi/Monitorinq bölməsi
Vəzifə öhdəlikləri:
- IT infrastrukturunu 24/7 monitorinq etmək (serverlər, şəbəkə, virtual maşınlar, kameralar);
- Monitoring alətləri (Zabbix, Prometheus, Grafana, ELK və s.) vasitəsilə sistem performansını izləmək və analiz etmək;
- Alarmları qeyd etmək, ilkin troubleshooting aparmaq, xidmət fasilələrini, anomaliyaları və kritik hadisələri vaxtında aşkar edib eskalasiya qaydalarına uyğun müvafiq komandaya yönləndirmək;
- Service Desk ilə əməkdaşlıq edərək ticket-ları izləmək, statusları güncəlləmək və SLA tələblərinə riayət etmək;
- İnsidentlərin ilkin təhlilini aparmaq, səbəbləri müəyyənləşdirmək və operativ həll yolları təklif etmək;
- Təhlükəsizlik və məxfilik tələblərinə əməl etmək;
- Sistem resursları üzrə trend və statistik hesabatlar hazırlamaq, təkrarlanan problemləri təhlil etmək;
- Mövcud monitorinq sistemlərinin optimallaşdırılması, yeni alətlərin inteqrasiyası və qaydaların təkmilləşdirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqədar sahələr üzrə);
- Monitorinq alətləri üzrə praktiki bilik və təcrübə (Zabbix, Prometheus, Grafana, Kibana və s.)
- Service Desk ilə əməkdaşlıq qabiliyyəti;
- TCP/IP, DNS, HTTP, VPN, Firewall kimi şəbəkə protokolları barədə anlayış;
- Scripting dillərində (Bash, Python və ya PowerShell) əsas biliklər;
- Log analiz alətləri ilə işləmək təcrübəsi (ELK Stack, Splunk və s.);
- Virtualizasiya və cloud mühitlərində (VMware, AWS, Azure və ya digər) monitorinq təcrübəsi üstünlükdür;
- Operativ düşünmə və problem həll etmə bacarığı;
- Diqqətli, məsuliyyətli və detallara fokuslana bilmək;
- Komandada işləmək və məlumatı dəqiq ötürmək bacarığı;
- Stress altında işləmə və kritik vəziyyətlərdə qərar vermə bacarığı;
- Minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili - səlis, ingilis – yaxşı; rus dili – orta.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.