Departament: Kommersiya/Satış
Vəzifə öhdəlikləri:
- Müştəriyə data mərkəzinin ümumi iş prinsiplərinin şifahi olaraq izah edilməsi
- Müştəriyə data mərkəzinin və SOC otağının təqdim edilməsi və gələn sualların cavablandırılması
- Müştərinin cari infrastrukturu Bulud-a daşınsa, onun faydalarının izah edilməsi
- Müştəriyə Bulud necə işləyir, əsas prinsiplərin izah edilməsi
- Müştərinin cari infrastrukturunun optimallaşdırılması və Bulud üçün texniki tapşırığın formalaşması
- Demo infrastruktur yaradılması üçün lazım olan məlumatlarının müştəri ilə dəqiqləşdirilməsi
- Demo infrastruktur yaradılması üçün lazım olan məlumatların SOC24 xidmətinə düzgün formada ötürülməsi
- Bulud idarəetmə panelində müştəri üçün "tenant" yaradılması və resursların ayırması
- Bulud idarəetmə panelində müştəri tenantında lazım olan layihə (project) yaradılması
- SOC xidmətinin müştəri ilə arasında anlaşılmazlıq yarandıqda məsələlərin həll edilməsi
- Müştərilərin demo infrastrukturların resurs baxımından hesabatların istifadə edilməsi və birbaşa rəhbərliyə təqdim edilməsi
- AzInTelecom satış mütəxəssisləri ilə daimi təmasda olması, xidmətlərin texniki işləmə prinsiplərinin izah edilməsi
- AzInTelecom satış mütəxəssislərinin sorğusuna əsasən cari müştərinin aktual və ya ayrılan resurs kvota hesabatının hazırlanması
- AzInTelecom satış mütəxəssisləri ilə birlikdə yeni müştəri ilə görüşməsi, texniki tərəfdən lazım olan məlumatların verilməsi
- AzInTelecom satış mütəxəssislərinin yeni müştəriyə hesablanacaq qiymət təklifində texniki tapşırığın düzgün formalaşmasının təmin edilməsi
- Hər ayın əvvəlində bəzi böyük infrastrukturlu müştərilərin aktual istifadə haqqında resurs hesabatının hazırlanması və satış mütəxəssislərinə göndərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Şəbəkə və sistem inzibatçılığı üzrə biliklər
- Bulud sistemləri ilə işlə təcrübəsi
- Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi
- Sis-admin və şəbəkə sertifikatları arzu olunandır
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
- Azərbaycan dili - səlis; rus dili - sərbəst; ingilis dili- yaxşı
- Kommunikasiya və ünsiyyət qurmaq bacarıqları
- Komanda ilə işləmə bacarığı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, elektron poçt ünvanına göndərə bilərlər.