Texniki dəstək mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki dəstək mütəxəssisi

  • Deadline 6 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Departament: Rəqəmsal Həllər/Məhsul inkişafı şöbəsi

Vəzifə öhdəlikləri:

İOS üzrə məsələlərə dəstək (Swift):

  • İOS platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda İOS developer komandasına yönləndirmək;
  • Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn İOS əlaqəli sorğuları qeydiyyata almaq, problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
  • İOS tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
  • Müştərilərə operativ və effektiv dəstək göstərmək;
  • Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
  • Həll edilmiş və ya yönləndirilmiş hər bir İOS problemini müvafiq sistemdə sənədləşdirmək;
  • Təkrarlanan İOS problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq; 

Android üzrə məsələlərə dəstək (Kotlin)

  • Android platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Android developer komandasına yönləndirmək;
  • Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Android əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
  • Problemlərin dəqiq təsvirini və müştərinin əlaqə məlumatlarını təmin etmək;
  • Android tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
  • Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
  • Müştərilərə operativ və effektiv dəstək göstərmək;
  • Həll edilmiş və ya yönləndirilmiş hər bir Android problemini müvafiq sistemdə sənədləşdirmək. 
  • Təkrarlanan Android problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək. 
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. 

Veb üzrə məsələlərə dəstək (C# və React bilikləri)

  • Veb platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq, həll etmək və zərurət olduqda Veb developer komandasına yönləndirmək;
  • Çağrı Mərkəzi operatorlarından, Email, Sentry və digər kanallardan gələn Veb əlaqəli sorğuları effektiv şəkildə idarə etmək;
  • Veb tətbiqi ilə bağlı problemləri dərhal təhlil etmək;
  • Standart həllər və prosedurlar əsasında problemləri həll etmək;
  • Müştərilərə operativ və effektiv dəstək göstərmək; 
  • Problemin həlli prosesini izləmək və müştərini məlumatlandırmaq;
  • Həll edilmiş və ya yönləndirilmiş hər bir Veb problemini müvafiq sistemdə sənədləşdirmək;
  • Təkrarlanan Veb problemlərini müəyyənləşdirmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq. 

Tələb olunun biliklər:

  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil
  • Texniki dəstək və ya müştəri xidməti sahəsində minimum 6 ay iş təcrübəsi 
  • Sentry və digər monitorinq alətləri ilə işləmə təcrübəsi
  • İOS əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
  • Android əməliyyat sistemi və tətbiqləri haqqında biliklər
  • Veb texnologiyaları və tətbiqləri haqqında biliklər (HTML, CSS, JavaScript və s.).
  • Azərbaycan və rus dili (sərbəst); ingilis dili  (üstünlük)
  • Müştərilərlə və komanda üzvləri ilə effektiv ünsiyyət qurma bacarığı
  • Problemləri tez və effektiv həll etmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily10
  • Weekly537
  • Monthly1672