İş barədə məlumat:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq tədbirlər görərək mühasibatlığa təqdim etmək
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək
- Anbardakı mal-materiallar haqqında aylıq hesabatların rəhbərliyə təqdim olunması
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
- Anbara qəbul olunan hər növ material və dəzgah hissələrini təhvil alaraq anbar yerləşim planına uyğun olaraq yerləşdirmək
- Müşayiətedici sənədlərə uyğun olaraq,boşaltma və anbar daxilindəki yüklərin yerləşdirilməsi işinin icrasnı təmin etmək
- Nasaz alətlər, cihazlar və s. ucun qusur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib etmək;
- Anbarda saxlanılan material qiymətlilərinin ucotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparmaq;
- Korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil etmək;
- Anbarların hər zaman təmiz, səliqəli olmasını təmin etmək
Namizədə tələblər:
- Ali Təhsil və ya orta ixtisas təhsil
- Müvafiq vəzifə üzrə üzrə 3 il və daha çox iş təcrübəsi
- MS office proqramlarında işləmək bacarığı
- Cinsi:Kişi
- Komandada işləmə bacarığı
- Analitik təhlil etmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar“ yazaraq Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərilməsi xahiş olunur.