Azinvest İnşaat Azinvest İnşaat
  • 220

Azinvest İnşaat

Строительство

Smeta mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Smeta mühəndisi

  • Истекает 8 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Öhdəliklər:

  • Layihələrin və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə bildirmək;
  • Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması;
  • İş həcmləri olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin tərtib edilməsi;
  • İcra edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə naturaya əsasən ölçmə işlərinin aparılması;
  • İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi;
  • Layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat şöbəsinə təqdim edilməsi;
  • İş həcmlərinin qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin (işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə), müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması;
  • Subpodrat təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili;
  • İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi;
  • Ehtiyac olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin aparılması.

Tələblər:

  • İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında);
  • MS Office (Word, Excell), Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Smeta mühəndisi” yazaraq Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərilməsi xahiş olunur. 

  • Daily113
  • Weekly113
  • Monthly2224