İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü (5/7)
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin təşkil olunması və idarə edilməsi
- Tələb olunan mal və xidmətlər üzrə bazar araşdırmasının aparılması
- Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması
- Sifarişlərin yerləşdirilməsi, alınması və vaxtında təhvili üzrə nəzarət
- Təchizat sənədlərinin düzgünlüyünün təmin olunması və arxivləşdirilməsi
- Stok və anbar ehtiyatlarının idarə olunması
- Rəhbərliyə hesabatların təqdim olunması
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr üzrə)
- Təchizat və ya logistika sahəsində minimum 2 il iş təcrübəsi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- ERP və ya 1C kimi proqramlarla işləmə bacarığı üstünlükdür
- Analitik düşüncə və müzakirə aparmaq bacarığı
- Operativlik, məsuliyyətlilik və dəqiqlik
Üstünlük sayılacaq:
- Telekommunikasiya və ya istehsalat sahəsində təchizat üzrə təcrübə
- Xarici təchizatçılarla iş təcrübəsi və ingilis dili biliyi
Biz sizə nə təklif edirik?
- Yenilikçi və inkişafı təşviq edən iş mühiti
- Peşəkar, enerjili və pozitiv komanda ilə əməkdaşlıq imkanı
- Fikirlərinizin dəyərləndirildiyi və təşəbbüslərin dəstəkləndiyi mühit
- Könüllü tibbi sığorta paketi
- Korporativ mobil nömrə ilə təminat
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq
Maraqlanan namizədlər CV-lərini “Təchizat üzrə Mütəxəssis” mövzusu ilə, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.