Azlab Medical Supplies Azlab Medical Supplies
  • 1.4K

Oksigen istehsalı üzrə operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Oksigen istehsalı üzrə operator

  • Истекает 5 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Oksigen istehsal avadanlıqlarının iş rejiminə uyğun idarə olunması
  • Avadanlıqların gündəlik texniki nəzarətinin aparılması
  • İstehsal prosesində temperatur, təzyiq və digər göstəricilərin izlənməsi
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq istehsal prosesinin idarə olunması
  • Avadanlıqda yaranan nasazlıqların vaxtında aşkar edilərək aidiyyəti şöbəyə bildirilməsi
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması

Tələblər:

  • Yaş: 20-50 arası
  • Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil
  • Oksigen və ya sənaye qazları istehsalı sahəsində təcrübə üstünlükdür
  • Avadanlıqlarla işləmə bacarığı
  • Texniki sənədləri oxuma və başa düşmə bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq

İş şəraiti:

  • Əmək haqqı: 800 manat;
  • İş qrafiki: (növbəli sistem)
  • 1 gün gündüz növbəsi: 08:00 – 20:00
  • 1 gün gecə növbəsi: 20:00 – 08:00
  • 2 gün ev (istirahət)
  • Azərbaycan Respublikası Əmək Məcələsi əsasında sənədləşmə;
  • Təhlükəsizlik qaydalarına uyğun iş şəraiti və xüsusi geyim təminatı
  • Ünvan: Abşeron rayonu,Saray qəsəbəsi.

Əlaqə üçün: +994 10 256 53 48

Uyğun namizədlər Müraciət Et düyməsində göstərilən mail ünvanına mövzu hissəsində “Operator” qeyd edərək müraciət edə və ya WP üzərindən 010 256 53 48 yaza bilərsiniz.

  • Daily1
  • Weekly150
  • Monthly1