Vəzifə öhdəlikləri:
- Təyin olunmuş marşrut üzrə yüklərin təhlükəsiz və vaxtında çatdırılması.
- Nəqliyyat vasitəsinin texniki vəziyyətinə (mühərrik yağı, təkərlər, əyləc sistemi və s.) gündəlik nəzarət.
- Yükün maşın gövdəsində düzgün paylanması və bərkidilməsinə nəzarət edilməsi.
- Yol sənədlərinin (yol vərəqəsi, qaimə-faktura, CMR və s.) düzgün qaydada işlənməsi.
Tələblər:
- Sürücülük vəsiqəsi: BC və ya CE kateqoriyası mütləqdir.
- Ağır tonnajlı yük maşınlarında minimum 2-3 il iş təcrübəsi.
- Biliklər: Yol hərəkəti qaydalarını mükəmməl bilməli, avtomobilin texniki quruluşu haqqında bazis biliklərə sahib olmalı.
- Şəxsi keyfiyyətlər: Məsuliyyətli, intizamlı və uzaq məsafəyə səfərlərə hazırlıqlı.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- Azərbaycan Respublikası Əmək Məcələsi əsasında sənədləşmə;
- Servis və yeməklə təmin olunur;.
Əlaqə üçün: (010) 256 53 48.
Ünvan: Abşeron rayonu, Saray qəsəbəsi
Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Sürücü” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.