Kiçik Auditor

  • Истекает 2 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azmade Group MMC öz komandasına  "Kiçik Auditor" üçün namizəd axdarışındadır!

Əsas vəzifə funksiyalari:

  • Peşəkar audit üsullarını tətbiq etmək, audit yoxlama sənədlərini hazırlamaq və nəticələri müvafiq qaydada sənədləşdirmək;
  •  Qarşıya qoyulmuş vəzifələri müəyyən edilmiş müddət və keyfiyyət tələblərinə uyğun şəkildə yerinə yetirmək;
  • Hesabatları, görülən işləri və sənədləri nəzərdən keçirmək, müəyyən edilmiş daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
  • Audit yoxlama nəticələri və tövsiyələri ilə bağlı məlumatların rəhbərliyə təqdim edilməsində, eləcə də gündəlik audit fəaliyyətlərinin icrasında digər təcrübəli auditorlara dəstək göstərmək;
  • Audit yoxlamaları nəticəsində hazırlanmış tədbirlər planının icra vəziyyətinin dövri qiymətləndirilməsində iştirak etmək;
  • İş fayllarının və audit sübutlarının düzgün qorunub saxlanılmasını təmin etmək;
  • Daxili audit vəzifələrinin icrasına maneələr yarandıqda, təşkilati iyerarxiyaya uyğun olaraq layihəyə cavabdeh şəxsi və ya müvafiq rəhbəri dərhal məlumatlandırmaq

Namizədə tələblər:

  • Ali təhsil – Maliyyə, Mühasibat uçotu, Audit və ya əlaqəli sahə; 
  • Audit sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; 
  • MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı; 
  • Maliyyə hesabatları və mühasibat uçotu üzrə ilkin biliklər; 
  • İngilis dili biliyi arzuolunandır. 
  • Analitik düşünmə və detallara diqqət; 
  • Məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; 
  • Regionlara ezamiyyətlərə getməyə hazır olmaq.

İş şəraiti:

  • Şirkət: Azmade Group
  • İş yeri: Sumqayıt
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 09:00 – 18:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly361
  • Monthly247