Azmade Group Azmade Group
  • 339

Planlama və Anbar Şöbə Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama və Anbar Şöbə Müdiri

  • Deadline 1 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azmade Group MMC komandasına  "Planlama və Anbar Şöbə Müdiri" üçün namizəd axdarışındadır!

Əsas vəzifə funksiyalari:

  • Metal konstruksiya layihələri üzrə istehsalat planlarının və iş qrafiklərinin hazırlanması
  • Sifarişlərin istehsal mərhələləri üzrə planlaşdırılması və prioritetlərin müəyyən edilməsi;
  • Çertyojlar və BOM/material spesifikasiyaları əsasında istehsal ehtiyaclarının müəyyənləşdirilməsi;
  • Xammal, material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın planlaşdırılması;
  • Kəsim, deşik açma, yığma, qaynaq, təmizləmə, rəngləmə və komplektləşdirmə proseslərinin ardıcıllığının planlaşdırılması;
  • İstehsalat sahələrinin və avadanlıqların yüklənməsinin optimallaşdırılması;
  • Gündəlik, həftəlik və aylıq istehsalat planlarının hazırlanması və icrasına nəzarət;
  • Faktiki istehsal göstəricilərinin planla müqayisəsi və plan-fakt analizinin aparılması;
  • İstehsalatda yaranan gecikmələrin və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;
  • Material çatışmazlığı, avadanlıq yüklənməsi və digər istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
  • İstehsalat, LİO, Təchizat, Planlama, Keyfiyyətə Nəzarət  şöbələri ilə koordinasiyanın təmin edilməsi;
  • Sifarişlərin vaxtında və müəyyən edilmiş istehsal qrafikinə uyğun icrasının izlənilməsi;
  • İstehsalat göstəriciləri üzrə hesabatların, analizlərin və rəhbərlik üçün təqdimatların hazırlanması;
  • İstehsalat gücünün, məhsuldarlığın və resurslardan istifadənin təhlili;
  • İstehsalat planlarının dəyişən sifariş və layihə tələblərinə uyğun operativ şəkildə yenilənməsi;
  • İstehsalat proseslərinin səmərəliliyinin artırılması və optimal planlama həllərinin təklif edilməsi.
  • Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirilməsi;
  • Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə edilməsi; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra edilməsi;
  • Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim edilməsi;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi;
  • Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasının təmin edilməsi;
  • Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların  proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.

Namizədə tələblər:

  • Metal konstruksiyaların istehsal texnologiyası və istehsalat prosesləri üzrə biliklər;
  • Metal konstruksiya çertyojlarının, spesifikasiyaların və BOM-ların oxunması və təhlili;
  • İstehsalatın planlaşdırılması, istehsal gücünün hesablanması və resursların optimal bölüşdürülməsi bacarığı;
  • Kəsim, qazma, yığma, qaynaq, rəngləmə və digər istehsal mərhələlərinin iş ardıcıllığını və texnoloji tələblərini bilməsi;
  • Plan-fakt analizi, istehsalat göstəricilərinin təhlili və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
  • Material və xammal tələbatının hesablanması və planlaşdırılması bacarığı;
  • İstehsalat qrafiklərinin hazırlanması və icrasına nəzarət;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək 
  • ERP/MRP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
  • AutoCAD və ya analoji proqramlarda çertyojları oxuma bacarığı;
  • MS Project və ya digər istehsalat planlama proqramları üzrə biliklər üstünlükdür;
  • Anbar əməliyyatlarını dərindən bilmək;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
  • Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
  • Eyni vaxtda bir neçə sifariş və layihə üzrə işləmək bacarığı;
  • Problemləri operativ müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
  • Detallara diqqət və yüksək məsuliyyətlilik;
  • Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı;

İş şəraiti:

  • İş yeri: Şəmkir
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 08:00 – 17:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly361
  • Monthly247