Texniki nəzarət üzrə mühəndis

  • Истекает 5 сентябрь 2026

Şirkətimizdə “Texniki nəzarət üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan olunur.

Vəzifə öhdəlikləri:

- Təhkim olunduğu obyektlər üzrə texniki nəzarəti həyata keçirmək;

- Hər ay yerinə yetirilmiş iş həcmlərini yerində dəqiqləşdirməklə Forma 2, Forma 3, xərc analizi;

- Görülmüş işlərin hesabatını aparmaq, texniki sənədləşməni tərtib etmək;

- Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək;

- Tikintinin gedişatı zamanı müxtəlif işlərin(elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edilməsi;

- Nəzarətin nəticələri uzrə qeydlər aparılması;

- Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumatın verilməsi;

-Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edilməsi;

- Texniki nəzarət üçün ümumi sahədə gizli aktlar və jurnalların tərtib edilməsini təmin etmək;

- Başa çatmış tikinti-montaj işlərinin qeydiyatının aparılması;

- Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatların hazırlanması;

- Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlərin götülməsi;

- Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirilməsi,lazımi texniki sənədləşmənin tərtib edilməsi;

- Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirakı;

- İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (Forma-2) tərtib edilməsi;

- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.

- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.

 

İş barədə məlumatlar:

·       İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;

·       İş saatı: 09:00-18:00;

·       Nahar şirkət tərəfindən təqdim olunur;

·       Əmək haqqı: 2500-3000 AZN.

·       İş yeri: Səbail rayonu, Hacıbabayevlər,4C

 

Namizədə tələblər:

·       Tam ali təhsil (İnşaat və ya sənaye/mülki tikinti ixtisası üzrə);

·       Müvafiq sahə üzrə 5 (beş) il iş təcübəsi;

·       MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək;

·       Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti;

 

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Texniki nəzarət üzrə mühəndis” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.

 

  • Daily102
  • Weekly412
  • Monthly429