Hüquqşünas

  • Deadline 14 November 2026

Yeni tikinti layihəmizə “Hüquqşünas” dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti şirkətinin və ya departamentinin hüquqi təminatı prosesini həyata keçirir;
  • Baş podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrini hazırlayır, hüquqi ekspertizadan keçirir və razılaşdırır;
  • Tikinti layihələri üzrə texniki tapşırıqları, əlavə və dəyişiklikləri yoxlayır, hüquqi riskləri əvvəlcədən qiymətləndirib rəhbərliyə rəy təqdim edir;
  • Müqavilə şərtlərinin icrasına hüquqi nəzarət edir, pozuntuları aşkar edir və operativ tədbirlər görür;
  • Sifarişçilər, podratçılar və dövlət qurumları ilə yaranan mübahisələrdə, cərimə, gecikmə və ya fors-major hallarında hüquqi mövqe hazırlayır, danışıqlarda dəstək göstərir;
  • Tikinti fəaliyyəti üçün tələb olunan lisenziyaların, icazələrin və digər sənədlərin alınması prosesini hüquqi cəhətdən müşayiət edir;
  • Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması;
  • Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının qorunması;

İş barədə məlumatlar:

·       İş qrafiki: 5 günlük iş həftəsi, 2 gün istirahət;

·       İş saatı: 09:00-18:00;

·       Nahar şirkət tərəfindən təqdim olunur;

·       Əmək haqqı: 1500-1800 AZN.

·       İş yeri: Səbail rayonu

Namizədə tələblər:

·       Hüquq üzrə ali təhsil.

·       Tikinti sektorunda və ya mülki hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi.

·       Şəhərsalma və tikinti qanunvericiliyi, mülki və əmək qanunvericiliyi, müqavilə hüququ üzrə biliklər.

·       MS Office proqramlarını yaxşı səviyyədə bilmək;

·       Məsuliyyətli, problem həlletmə və analitik düşünmə qabiliyyəti;

 

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya (+99450) 226 11 39 nömrəsi ilə əlaqə saxlaya bilər.

 

 

 

  • Daily0
  • Weekly323
  • Monthly1179