A AZMDF LTD MMC

Maliyyə meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Maliyyə meneceri

  • Deadline 12 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını həyata keçirmək;
  • Gəlir və xərclərə, pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Büdcənin hazırlanması, icrası və büdcə göstəricilərinə nəzarəti həyata keçirmək;
  • Bank əməliyyatları, ödənişlər və maliyyə sənədlərinin idarə olunmasını təmin etmək;
  • Debitor və kreditor borclarına nəzarət etmək;
  • Maliyyə göstəricilərini təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • Maliyyə risklərini müəyyən etmək və onların minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
  • Maliyyə proseslərinin daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək.

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil;
  • Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi;
  • Maliyyə menecmenti, büdcələşdirmə və maliyyə təhlili üzrə biliklər;
  • MS Excel və maliyyə/mühasibatlıq proqramlarında işləmə bacarığı;
  • Güclü analitik düşüncə və yüksək diqqətlilik;
  • Maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və operativ olmaq;
  • Komanda idarəetməsi və güclü kommunikasiya bacarığı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • Əmək münasibətləri: Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilir.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Məktubun mövzu bölməsində “Maliyyə meneceri” qeyd etmək mütləqdir. Mövzu qeyd edilmədiyi halda namizədliyə baxılmayacaqdır.

  • Daily0
  • Weekly368
  • Monthly966