A Aznet Technologies
  • 1.1K

Aznet Technologies

IT

Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 12 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: 1500 AZN (NET) 

Vəzifələr:

  • Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Tabeçiliyində olduğu Maliyyə Direktoruna gündəlik hesabatların verilməsi.

Tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
  • Azərbaycan dili (ana dili); İngilis dili (B2); Rus dili arzuolunandır
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
  • İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
  • Nahar: 13:00-14:00
  • İstirahət günləri: şənbə, bazar
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərilərkən məzmun yerində “aparıcı mühasib” qeyd olunması mütləqdir.

  • Daily111
  • Weekly624
  • Monthly504