“Aznet Technologies” MMC telekommunikasiya sektorunda fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biri olaraq “IP Telefoniya üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə peşəkar və analitik düşüncəyə sahib namizədləri komandasına dəvət edir.
Əmək haqqı: 3000 AZN (NET)
Əsas vəzifələr və məsuliyyətlər:
- Şirkətin VoIP və telekommunikasiya infrastrukturlarının idarə olunması, optimallaşdırılması və inkişaf etdirilməsi.
- VoIP protokolları (SIP, RTP, WebRTC və s.) və Asterisk üzrə dərin biliklərin tətbiqi və problemlərin həlli.
- Telekommunikasiya şəbəkələrində SS7 (SIGTRAN) texnologiyasının idarə olunması və inteqrasiyası.
- Şəbəkə infrastrukturu (routerlər, switchlər, firewall-lar, TCP/IP, NAT, QoS prinsipləri) üzrə mütəxəssis dəstəyi.
- Linux əsaslı əməliyyat sistemləri və şəbəkə alətləri ilə işləmək.
- Wireshark və digər şəbəkə analiz alətlərindən istifadə etməklə problemlərin diaqnozu və həlli.
Tələblər:
- VoIP protokolları, Asterisk və telekommunikasiya sistemləri üzrə dərin bilik.
- SS7 (SIGTRAN) və şəbəkə infrastrukturunun idarə olunması üzrə təcrübə.
- Linux əsaslı əməliyyat sistemləri ilə işləmək bacarığı.
- Güclü analitik düşüncə və problemlərin həlli bacarığı.
- Komanda ilə işləmək və texniki sənədləri hazırlamaq bacarığı.
Üstünlük təşkil edən sertifikatlar:
- Şəbəkə üzrə sertifikatlar: CCNA Collaboration, CCNP, CompTIA Network+ və digər əlaqəli sertifikatlar.
- VoIP üzrə sertifikatlar: Microsoft 365 Certified: Teams Administrator Associate, 3CX Certified Engineer və s.
İş şəraiti:
- İş qrafiki: Həftəiçi 09:00 – 18:00
- İstirahət: Şənbə və bazar günləri
- Rəsmi əmək müqaviləsi – Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq
- İş yeri: Çinar Park Biznes Mərkəzi, 4-cü bina
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. E-mail mövzu hissəsində “IP Telefoniya üzrə aparıcı mütəxəssis” qeyd olunması mütləqdir.