AZNOF MMC “Mühasib” vakansiyası üzrə işçi axtarır
Vəzifə təlimatları:
- Satış, alış və anbar əməliyyatlarının 1C sisteminə dəqiq və vaxtında daxil edilməsi;
- Tikinti obyektləri və anbarlar üzrə mal-materialların hərəkətinə və qalıqlarına nəzarət edilməsi, müvafiq hesabatların hazırlanması;
- Tikinti materiallarının norma üzrə silinməsi əməliyyatlarının aparılması;
- Təchizatçılar və subpodratçılarla üzləşmə aktlarının tərtibi və qarşılıqlı hesablaşmalara nəzarət;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət olunması;
- Rəhbərliyə tələb olunan maliyyə və analitik hesabatların təqdim edilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
İş şəraiti
- İş yeri : Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Mühasib” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.