AZNOF MMC “Satınalma üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarır
Vəzifə təlimatları:
- Tikinti layihələri üçün tələb olunan mal-materialların, avadanlıqların və xidmətlərin vaxtında və optimal şərtlərlə satınalınmasını təşkil etmək;
- Təchizatçı və podratçı bazasını araşdırmaq, yeni təchizatçılar cəlb etmək və qiymət təkliflərini toplamaq;
- Daxil olan sorğular üzrə qiymət müqayisə cədvəllərini hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təchizatçılarla qiymət, ödəniş şərtləri və təhvil-təslim müddətləri üzrə danışıqlar aparmaq;
- Sifariş olunan tikinti materiallarının keyfiyyət sertifikatlarının və Texniki Şərtlərə uyğunluğunun yoxlanılmasını təmin etmək;
- Materialların tikinti sahəsinə (obyektə) çatdırılma qrafikinə və logistika prosesinə nəzarət etmək;
- Təchizatçılarla yarana biləcək iddiaları (kəsir, zədələnmiş mal, gecikmə və s.) idarə etmək və həll etmək.
Vəzifə ilə bağlı tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Tikinti materialları, mexanizmləri və spesifikasiyaları haqqında geniş anlayış;
- Təchizatçılarla danışıqlar aparmaq və razılaşma əldə etmək bacarığı;
- MS Office (xüsusilə MS Excel) proqramlarını yüksək səviyyədə bilmək;
- Analitik düşüncə, təşkilatçılıq və eyni anda bir neçə layihə ilə işləmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189
- İş rejimi: 6 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq
Göstərilən vəzifə üzrə maraqlanan Namizədlərdən mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.