İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi : Tam ştat
- İş qrafiki:Həftədə 6 gün, dəyişkən iş saatları
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Rəhbər şəxsin gündəlik hərəkət planına uyğun olaraq təhlükəsiz və vaxtında ünvanlara çatdırılmasını təmin etmək
- Verilən marşrut üzrə gündəlik hərəkətləri həyata keçirmək
- Avtomobilin texniki vəziyyətinə nəzarət etmək, təmiz və səliqəli saxlanılmasını təmin etmək
- Ailə üzvlərinin və ya rəsmi qonaqların daşınmasını həyata keçirmək
- Yol hərəkəti qaydalarına ciddi riayət etmək
- Yanacaq, texniki baxış və digər avtomobil xərcləri ilə bağlı məlumatları vaxtında təqdim etmək
- Sığorta və digər avtomobil sənədlərinin vaxtında yenilənməsinə nəzarət etmək
- Tapşırıq əsasında sənəd, bağlama və ya digər rəsmi materialların çatdırılmasını həyata keçirmək
- Avtomobilin texniki vəziyyətinin 30% aşağı olmaması
Vəzifə üzrə tələblər:
- Ali təhsil
- Azərbaycan dili-səlis, rus və ya ingilis dillərindən birini mütləq bilmək
- Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi (BC kateqoriyası)
- Minimum 5 il sürücülük təcrübəsi
- Şəhər yollarını və marşrutları yaxşı bilmək
- Məsuliyyətli, intizamlı və səliqəli olmaq
- Etibarlılıq və məxfilik prinsiplərinə riayət etmək
- Zərurət olduqda əlavə iş saatlarında işləmək imkanı
- Kişi namizəd
- Yaş: 30 və 50 yaş arası
- Etik davranış qaydalarına riayət etmək
- Zərərli vərdişlərinin olmaması
Uyğun namizədlər CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvan (“Şəxsi sürücü”) mövzusu ilə göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.