İş şəraiti
- İş yeri: Sahə işi
- İş qrafiki: Həftədə 6 gün
- Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
- Satış nümayəndələrinin iş fəaliyyətinin koordinasiyası və nəzarəti
- Satış planlarının icrasına nəzarət və nəticələrin təhlili
- Obyektlərdə məhsulların mövcudluğuna, düzgün yerləşdirilməsinə və vitrin tərtibatına nəzarət
- Qiymət siyasətinin, endirim və kampaniyaların satış nöqtələrində düzgün tətbiqinə nəzarət
- Yeni satış obyektlərinin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi
- Satış heyətinin motivasiyası, iş effektivliyinin artırılması və ilkin təlimlərin keçirilməsi
- Rəqib və bazar analizi aparmaq, rəhbərliyə təkliflər təqdim etmək
- Satış prosesində yaranan problemlərin operativ həlli
- Şirkətin daxili qayda və prosedurlarına əməl olunmasına nəzarət
Tələblər:
- Satış və ya supervayzer vəzifəsində iş təcrübəsi arzuolunandır
- Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Sahə işi üçün uyğunluq
İş şəraiti:
- Nəqliyyat: şirkət tərəfindən motosiklet təmin olunur
- İş üçün smartfon şirkət tərəfindən verilir
- Karyera və inkişaf imkanı
Uyğun namizədlər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (“Satış obyektləri üzrə supervayzer”) mövzusu ilə göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.