Vəzifə öhdəlikləri:
- Texniki tapşırıq və müvafiq standartlara uyğun olaraq məhsul və ya konstruksiya layihələrinin hazırlanmas
- Texniki çertyojların, spesifikasiyaların, eskizlərin və texniki hesabatların tərtibi
- Layihələndirmə üçün uyğun material və avadanlıqların seçilməsi
- Layihələrin konstruktiv və texnoloji həllərinin optimallaşdırılması və inkişaf etdirilməsi
- Mövcud konstruksiyalara dəyişikliklərin edilməsi və onların təkmilləşdirilməsi
- Layihə sənədlərinin beynəlxalq və yerli standartlara (ISO, GOST və s.) uyğunluğunun təmin edilməsi
- İstehsalat proseslərinin layihə sənədlərinə və texniki həllərə uyğun icrasına nəzarət
- Texniki sınaqlarda iştirak və nəticələrə əsasən layihələrə düzəlişlərin edilməsi
- İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi
- Tapşırılan layihə və texniki işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Hazırlanmış texniki sənədlərin düzgünlüyünə və normativ standartlara uyğunluğuna cavabdehlik
- Texniki təhlükəsizlik qaydalarının pozulmamasının təmin edilməsi
- Layihə sənədlərində və konstruktiv həllərdə buraxılmış texniki və funksional səhvlərə görə məsuliyyət
- Texniki sənədlərin, avadanlıqların və layihə materiallarının qorunması və düzgün saxlanılması
Peşə tələbləri:
- Ali texniki təhsil (mühəndis-konstruktor ixtisası üzrə)
- Texniki çertyoj, 3D modelləşdirmə və CAD proqramlarında (AutoCAD, SolidWorks və s.) işləmə bacarığı
- Standartlaşdırma və texniki normativlər üzrə biliklər
- Layihələndirmə, hesablama və texniki sənədləşmə bacarığı
- Təhlükəsizlik texnikası qaydalarını bilmək və tətbiq etmək
- Ən azı 2–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır
İş şərtləri:
- İş qrafiki: həftədə 5 iş günü, saat 08:00–17:00
- Əmək haqqı: 800–1200 AZN (təcrübəyə uyğun olaraq dəyişə bilər)
- Dil bilikləri: rus dili (ingilis dili biliyi üstünlükdür)
İş yeri və əlaqə:
- Ünvan: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
- Əlaqə nömrəsi: 050-231-12-06 (HR)
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.