“Az Protein Foods Group” MMC “Daxili Nəzarətçi” (İstehsalat üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Qida istehsalı və ya anbar sahəsində minimum 2 il iş təcrübəsi
- Sayım, hesablama və nəzarət bacarığı
- Diqqətli, prinsipial və tələbkar olmaq
- Yaş həddi: 25-30 yaş
- Rəqəmlərlə işləmə bacarığı
- MS Office bilikləri üstünlükdür
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan və anbardan çıxan məhsulların nəzarəti
- Xammal və hazır məhsullar üzrə gündəlik sayım və yoxlamaların aparılması
- Kəsim və istehsal prosesində faktiki sərfiyyata nəzarət
- Artıq sərfiyyat və çatışmazlıqların araşdırılması
- İşçilər tərəfindən qaydalara əməl olunmasına nəzarət
- İstehsalat sahəsindən çıxarılan məhsulların yoxlanılması
- Daşınma üçün yüklənən malların miqdarına nəzarət
- Günlük və aylıq hesabatların hazırlanması
- Maddi itkilərin qarşısının alınması
Şərtlər:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 600 azn
- Nahar və servis şirkət tərəfindən verilir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur