Ət və ət məhsulları üzrə qəssab koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ət və ət məhsulları üzrə qəssab koordinator

  • Deadline 8 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Az Protein Foods Group” MMC “Ət və ət məhsulları üzrə qəssab koordinator” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Yaş həddi: 30 - 45 yaş
  • Təcrübə: 3 - 5 il
  • Şəxsi maşın olması arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Gün ərzində 5-6 Supermarketə yoxlanışa gedərək rəflərin düzülüşünə nəzarət etmək, ətin keyfiyyətini yoxlamaq,
  • Bəzi hallarda mal qəbulu zamanı məhsulun keyfiyyətini yoxlayaraq rəy vermək,
  • Sıyırma şöbəsinin işini dərindən mənimsəmək,
  • Mütəmadi olaraq Sıyırma şöbəsindəki qəssablar, trimçilər və sümükçülərin performansını yoxlamaq (sürət, kəmiyyət və keyfiyyət üzrə),
  • Sıyırma şöbəsinə yeni qəbul edilən qəssablar, trimçilər və sümükçülərə işi öyrədərək onları şirkət standartlarına cavab verən kadr səviyyəsinə çatdırmaq,
  • Şöbə üzrə öz işi ilə əlaqədar işçilər tərəfindən əməliyyatların düzgün icrasına nəzarət etmək,
  • Karkasların işçilər tərəfindən standartlara və şirkət qaydalarına uyğun parçalanmasını və üzərində düzgün işləməsini təmin etmək,
  • Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi şöbəsi tərəfindən aldığı təlimatlara əsasən məhsul istehsalında keyfiyyətə nəzarət və qida təhlükəsizliyi standartlarına əməl edilməsini təmin etmək,
  • Şöbənin istehsal planının icrasında iştirak etmək,
  • Şöbəyə qəbul edilən ətlərin təyinata görə əməliyyat axımını düzgün təmin etmək,
  • Birbaşa rəhbər tərəfindən müvafiq sərəncam olduqda müəssisədən kənar ezamiyyətə getmək,
  • İş zamanı ətraf mühit və sanitar tələblər, eləcə də əməyin mühafizəsi, səhiyyə, gigiyena qaydaları üzrə müvafiq qanunvericiliyə riayət etmək,
  • Öz işi üzrə hesabatlılıq aparmaq, onu rəhbərə təqdim etmək.

İş şəraiti

  • Əmək haqqı: 1200 manat + bonus
  • Şəxsi maşın olduqda yanacaq xərci, olmadıqda yol xərci qarşılanır.
  • İş qrafiki: 6 günlük
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly251
  • Monthly802