Namizədə Tələblər:
- Ali təhsil: Qida mühəndisliyi, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
- Təcrübə 1-2 il
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- MS Office proqramları (Word, Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
- Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
- AQTA ilə bağlı müvafiq sənədləşmələri icra etmək,
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
- Uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə mlumat vermək,
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə və öhdəlikləri vaxtında və lazımınca icra etmək.
İş şəraiti:
- Əmək haqqı: 600 - 800 manat (təcrübəyə əsasən təyin olunacaq).
- İş qrafiki: 6 günlük.
- Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.