“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil: Qida mühəndisliyi və ya buna uyğun ixtisaslar
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
- Təcrübə 3-5 il
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- MS Office proqramları (Word, Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.
İş şəraiti:
- Əmək haqqı: 1000 - 1200 manat.
- İş qrafiki: 6 günlük
İşə başlama saatı:
- I növbə: 07:00
- II növbə:16:00 (növbəli iş qrafiki deyil)
Qeyd: Hər iki növbə üzrə əməkdaş axtarılır
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin izlənilməsi, proseslərin qaydalara uyğun icra edilməsinin təmin edilməsi,
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərini icra etmək,
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək,
- Prosedur və təlimatlara, sanitar-gigyena norma və qaydalarına riayət edilməsinə nəzrət və təmin etmək,
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək,
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək,
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.