Sosis-kolbasa istehsal şöbəsinə Qılıfçı peşəsi üzrə vakansiya elan edirik!
Namizədə Tələblər:
- Yaş həddi: 25 - 40 yaş
- Staj: 2 – 4 il
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.
- Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
Vəzifə öhdəlikləri:
- Tələb olunan doldurma sıxlığına və qılıf sərfıyyət dərəcəsinə riayət edərək, vakuum şprislərində və cihazlarda qılıfları dolduraraq sosis/kolbasa, yarı bişmiş məhsulların əmələ gəlməsi.
- Sosis/kolbasaların, hisə verilmiş ətlərin və doldurulmuş məhsulların (formada vetçina, karbonat və s.) tam hazırlanması.
- Xammalın nəzərdən keçirilməsi, saçaqların kəsilməsi, ədviyyatın işlənməsi, sümük və qığırdaqların çıxarılması.
- Yağ və piylərin ölçülərə uyğun doğranılması,tələb edilən məhsul çeşidinə görə; dillərin, ətlərin, yumurta,soğan, yağ və s. xammalların hazırlanması
- Sosis/kolbasa formalaşdırılması, qılıfların doldurulması.
- Sıx bağlama və toxuma.
- Qəlibə doldurulması, bişirilməyə təhvil verilməsi və daha sonraki emalı;
- Bitmiş məhsulların istehsal nisbətinə uyğunluq.
- Müəyyən edilmiş texniki sənədlərin yaradılması;
İş şraiti:
- Əmək haqqı: 700 - 900 manat (namizədin təcrübəsi və biliyinə əsasən təyin ediləcəkdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur.