Namizədə Tələblər:
- Yaş həddi: 25 - 45 yaş
- Sürücü kimi ən az 3 – 5 il təcrübə,
- BC kateqoriyalı sürücülük vəsiqəsi,
- İşində ciddi və məsuliyyətli olmalı,
- Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- İşin başlanğıcında sürücüyə təqdim edilən sənədlər əsasında anbardan malların təhvil alınması, malların avtonəqliyyat vasitəsinə yüklənməsində iştirak edilməsi,
- Birbaşa rəhbər tərəfindən müəyyən edilən marşrut planı üzrə çatdırılma işinin həyata keçirilməsi,
- Çatdırılma nöqtələrində məhsulların müvafiq sənədləşmə əsasında təhvil verilməsi,
- Çatdırılma nöqtələrində qaytarılan məhsullar olarsa, müvafiq sənədləşmə əsasında təhvil alınıb müəssisəyə gətirilməsi,
- Satış sonrası müvafiq şöbələrlə sənədləşmə aparılması,
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etmək, geyim, davranış, şirkət etikası və s. ilə bağlı şirkət qaydalarına əməl etmək.
İş şəraiti:
- Əmək haqqı: 600-700 manat.
- İş qrafiki: 6 günlük.
- Nəqliyyat vasitəsi şirkət tərəfindən verilir (nəqliyyat vasitəsi günün sonunda müəssisəyə təhvil verilir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.