İş barədə məlumat
- 5 Günlük iş qrafiki
- İş saatı 09:00-18:00
- İş yeri: Abşeron rayonu
Vəzifə öhdəlikləri:
- Məhsulların satış nöqtələrində şirkət standartlarına uyğun yerləşdirilməsi;
- Rəflərin daim səliqəli və dolu saxlanılmasına nəzarət edilməsi;
- Məhsulların düzgün düzülüşünün və vitrin görünüşünün təmin olunması;
- Məhsulların son istifadə tarixlərinin mütəmadi yoxlanılması;
- Satış nöqtələrində məhsul qalıqlarına və stok vəziyyətinə nəzarət edilməsi;
- Rəflərdə məhsul çatışmazlığının vaxtında müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
- Məhsulların qiymət etiketlərinin düzgünlüyünün yoxlanılması;
- Yeni məhsulların satış nöqtələrində yerləşdirilməsi və təqdimatının təmin olunması;
- Endirim və promoaksiyaların satış nöqtələrində düzgün tətbiqinə nəzarət edilməsi;;
- Satış nöqtələrinin məsul şəxsləri ilə düzgün və işgüzar münasibətlərin qurulması;
- Məhsulların zədələnməsi, yararsız hala düşməsi və digər problemlər barədə rəhbərliyə məlumat verilməsi;
Tələblər:
- Merçendayzer vəzifəsində iş təcrübəsinin olması;
- Məsuliyyətli və intizamlı olmaq;;
- Aktiv, diqqətli və nəticəyönümlü olmaq;
- İşinə ciddi yanaşmaq və verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Maraqlanan şəxslər mövzu hissəsində “Merçendayzer” qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.