Namizədə dair tələblər:
- Müvafiq sahədə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 2 il təcrübə
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
- Dəqiqlik və məsuliyyət
- Problemləri həll etmə bacarığı, operativlik
- Yaxşı səviyyədə MS Word, MS Excel və MS Outlook bacarıqları
- Logo tiger proqramında işləmə bacarığı
- Yaş: 23-40
- Satış və ya distribusiya şirkətlərində təcrübə üstünlükdür.
İş barədə məlumat:
- Vergi hesabatlarının və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və s. hesablanması;
- Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi.
İş şəraiti
- İş yeri: Abşeron rayonu Məmmədli kəndi
- İş vaxtı: Həftə içi 5 gün
- Əməkhaqqı: Razılaşma yolu ilə
- Nahar şirkət tərəfindən qarşılanır.
Maraqlanan şəxslər mövzu hissəsində “mühasib/aparıcı mühasib” qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.