Azroksan LLC Azroksan LLC
  • 380

CNC Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

CNC Operatoru

  • Deadline 19 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin ümumi təsviri

  • Çertyoj üzrə detal hazırlama, dəzgahların sazlanması, torna və frez dəzgahlarının CNC proqramlarının idarə edilməsi üzrə təcrübəli CNC operatoru axtarılır.

Vəzifə öhdəlikləri

  • Texniki cizgiləri (çertyojları) düzgün oxumaq və detalları müəyyən edilmiş ölçülərə uyğun emal etmək;
  • İş parçasını dəzgaha düzgün bərkitmək, mərkəzləmək və emal prosesində ölçü alətləri vasitəsilə ölçülərə nəzarət etmək;
  • CNC proqramlarını düzgün yükləmək, işə salmaq və emal prosesini idarə etmək;
  • Zərurət yarandıqda CNC proqram kodlarına müvafiq dəyişikliklər etmək;
  • CNC avadanlıqları üçün hazırlanmış əməliyyat proqramlarını idarəetmə məntəqələrinə daxil etmək;
  • Emal prosesinə uyğun kəsici alətləri seçmək, quraşdırmaq və zərurət yarandıqda dəyişdirmək;
  • Gündəlik istehsalat planına uyğun olaraq CNC dəzgahlarının işini təşkil etmək və istehsal prosesini başlatmaq;
  • İstehsal olunan məhsulların müəyyən edilmiş çeşid, növ, keyfiyyət norma və standartlarına uyğunluğunu təmin etmək;
  • Görülən işlər və istehsalat prosesi barədə rəhbərliyə müvafiq məlumat vermək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət etmək.

Tələblər

  • Müvafiq iş təcrübəsi: 2 ildən çox
  • CNC dəzgahlarının idarə olunması və proqramlarının işlədilməsi, zərurət yarandıqda kodlarda dəyişikliklərin edilməsi üzrə bilik və bacarıqlar 
  • Texniki cizgiləri, sxemləri və çertyojları oxuma və anlama bacarığı;
  • Kəsici alətlərin seçilməsi və istifadəsi üzrə praktiki biliklər;
  • İstehsal olunan məhsulların müəyyən edilmiş norma və standartlara uyğunluğuna nəzarət etmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək və onlara riayət etmək;
  • CAD proqramlarında çertyoj hazırlamaq bacarığı üstünlük hesab olunur.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “CNC Operator” qeyd etməklə göndərə bilərlər.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily70
  • Weekly353
  • Monthly2110