Döyüş Başlığı İstehsalı Texniki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Döyüş Başlığı İstehsalı Texniki

  • Deadline 5 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Azroksan şirkəti döyüş başlıqları və partlayıcı tərkibli məhsulların istehsalı proseslərində iştirak edəcək, istehsal əməliyyatlarını müəyyən edilmiş texniki tələblərə, keyfiyyət standartlarına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirəcək Döyüş Başlığı İstehsalı Texniki axtarır. Döyüş Başlığı İstehsalı Texniki istehsal avadanlıqlarının istismarı, partlayıcı maddələrin hazırlanması və emalı, istehsal sənədlərinin aparılması və istehsalat proseslərinin fasiləsiz icrasında mühüm rol oynayır.

Əsas vəzifələr:

  • İstehsal sənədlərinə və verilmiş tapşırıqlara uyğun olaraq döyüş başlığı istehsalı ilə bağlı əməliyyatları vaxtında, dəqiq və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək;
  • Döyüş başlığı və partlayıcı tərkibli hazır və yarımfabrikat məhsulların istehsal proseslərində iştirak etmək;
  • İstehsalatda istifadə olunan materialları qəbul etmək, istehsala hazırlamaq və texnoloji proseslərə uyğun emal etmək;
  • Başladıcı (primer) hazırlanması, tətbiqi və yetişmə proseslərini icra etmək;
  • Qarışdırma, tökmə, presləmə, partlayıcı yığım və digər istehsal əməliyyatlarını yerinə yetirmək;
  • Partlayıcı qarışıqların hazırlanması, tökülməsi, yetişdirilməsi və son emal proseslərini həyata keçirmək;
  • Döyüş başlıqlarının yığılması, gücləndirici yüklərin hazırlanması və aidiyyəti alt əməliyyatların icrasında iştirak etmək;
  • Energetik tərkibli istehsal sahələrində yerləşən avadanlıqların düzgün və təhlükəsiz istismarını təmin etmək;
  • İstehsal əməliyyatlarından sonra avadanlıqların və iş sahələrinin təmizlənməsini və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • İstehsalatda istifadə olunan materialların, avadanlıqların və digər müəssisə əmlakının qorunmasına məsuliyyətlə yanaşmaq;
  • Kaizen, 5S və digər proseslərin təkmilləşdirilməsi layihələrində iştirak etmək;
  • Yeni istehsal sahələrinin və avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərinə dəstək göstərmək;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və fərdi mühafizə vasitələrinin istifadəsi ilə bağlı tələblərə riayət etmək;
  • İstehsal zamanı yaranan tullantıları müəyyən edilmiş prosedurlara uyğun çeşidləmək və təhvil vermək;
  • Sistem üzərindən verilən istehsal tapşırıqlarını icra etmək və tələb olunan məlumatları vaxtında sistemə daxil etmək;
  • Görülmüş işlər üzrə gündəlik vaxt uçotu və hesabat məlumatlarını sistemdə qeyd etmək.

Tələblər:

  • Kimya ixtisası üzrə ali təhsil;
  • İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
  • Texnoloji proseslərə və istehsal intizamına riayət etmək bacarığı;
  • Texniki sənədlərlə işləmək və təlimatları düzgün tətbiq etmək bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və yüksək intizamlı iş yanaşması;
  • Komandada işləmək və operativ qərar vermək bacarığı;
  • MS Office proqramlarından ilkin səviyyədə istifadə bacarığı üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Döyüş Başlığı İstehsalı Texniki” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily157
  • Weekly157
  • Monthly883