Azroksan LLC Azroksan LLC
  • 224

Keyfiyyətə nəzarət üzrə texnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə texnik

  • Deadline 14 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında:

  • Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq keyfiyyətə nəzarət üzrə texnik axtarır.
  • Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaqdır.

Əsas vəzifələr:

  • İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması.
  • Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi.
  • Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması.
  • Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması.
  • Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi.

Tələblər:

  • Kimya üzrə ali təhsil
  • Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə
  • Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik
  • Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı
  • Analitik düşüncə və detallara diqqət
  • Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı
  • Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə nəzarət üzrə texnik” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily112
  • Weekly250
  • Monthly1345